FHN: Ötən həftə 179 yanğına çıxış olub - VİDEO
Hadisə
13.04.2026 10:35
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.
tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.tv,
