Dəhşətli qəzada xəsarət alanlardan biri vəfat etdi

Dəhşətli qəzada xəsarət alanlardan biri vəfat etdi
26.07.2026 14:51 Hadisə

Kürdəmirdə baş verən qəzada ağır xəsarət alanlardan biri vəfat edib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, rayonun Yeni Şıxımlı kənd sakini, 1992- ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov vəfat edib.

11:15

Kürdəmirdə zəncirvari yol qəzası olub, xəşarət alanlar var.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə, daha sonra eyni markalı digər "VAZ"a çırpılıb.

Nəticədə "VAZ"lardan biri yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri — 27 yaşlı Əlismayıl Əliyev və 34 yaşlı Kamran Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər