Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək öldü

Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək öldü
08.04.2026 00:14 Hadisə

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

TodayPress TV-nin məlumatına görə, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər