Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO
Bakıda Böyükşor yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə şahidlərinin Bizim.Media-ya verdiyi məlumata görə, qəza zamanı “Changan” markalı minik avtomobili su daşıyan yük maşını ilə toqquşub.
Nəticədə yük maşını aşıb və su bidonları yola dağılıb. Minik avtomobilinə isə ciddi ziyan dəyib.
Ölən və yaralılarla bağlı hələlik məlumat yoxdur.