Bir "zamok"a görə FHN səfərbər oldu - Bakıda qeyri-adi olay - VİDEO

Bir "zamok"a görə FHN səfərbər oldu - Bakıda qeyri-adi olay - VİDEO
18.06.2026 20:38 Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

TodayPress TV 

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər