Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu

Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu
07.08.2026 19:20 Hadisə

Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.

TodayPress TV xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər Beyləqan rayonu ərazisindən keçən kanalda bir nəfər batmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər