Bakının mərkəzində qəza oldu, svetofor aşdı
Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.