Bakıda qadın özünü maşının altına atıb sürücüdən 5 min manat tələb etdi

Bakıda qadın özünü maşının altına atıb sürücüdən 5 min manat tələb etdi
08.06.2026 16:08 Hadisə

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qadının avtomobilin qarşısına çıxaraq özünü nəqliyyat vasitəsinin altına atdığı iddia olunur.

TodayPress TV xəbər verir ki, videoda xəsarət aldığını bildirən qadın sürücüdən pul tələb edir.

Tərəflər arasında yaranan mübahisə zamanı qadının sürücüdən 5 min manat istədiyi, sürücünün isə bu məbləği ödəyə bilməyəcəyini bildirdiyi eşidilir.

Kadrlarda sürücünün qadına "Məndə haradan 5 min manat olsun?" deyərək etiraz etdiyi, qadının isə müxtəlif arqumentlərlə pul tələbini davam etdirdiyi görünür.

Hadisənin hansı şəraitdə baş verdiyi və tərəflərin iddialarının nə dərəcədə həqiqəti əks etdirdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər