Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB
05.08.2026 22:35 Hadisə

Fövqəladə Hallar Nazirliyi Bakıda məscid ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan TodayPress TV-yə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.

xxx

Bakıda məsciddə yanğın başlayıb.

TodayPress TV xəbər verir ki, hadisə paytaxtın Köhnə Günəşli qəsəbəsinin ərazisində yerləşən Mirtağı məscidində qeydə alınıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər