Azərbaycanda müğənni qəzaya düşdü

Azərbaycanda müğənni qəzaya düşdü
17.06.2026 00:35 Hadisə

Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.

TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq və Şota Rustavelli küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, M.Cəfərovanın sükan arxasında olduğu "Jetour" markalı avtomobil Habil Əbdürrəhmanovun idarə etdiyi "Prius" markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər