Azərbaycan sərhədini pozan 17 əcnəbi saxlanıldı

Azərbaycan sərhədini pozan 17 əcnəbi saxlanıldı
02.09.2025 12:09 Hadisə

Dövlət Sərhəd Xidməti tərəfindən avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

TodayPress TV xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 29 nəfər saxlanılmışdır. Onların 12-si Azərbaycan, 4-ü İran, 3-ü Banqladeş, 3-ü Pakistan, 2-si Gürcüstan, 1-i Filippin, 1-i Şri-Lanka, 1-i Özbəkistan, 1-i Tacikistan, 1-i Türkiyə vətəndaşı olmuşdur;

qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 17 nəfər saxlanılmışdır;

sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;

cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 349 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 590 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 53 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;

narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılmış, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılmışdır;

qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.

Dövlət sərhədlərinin təhlükəsizliyi istiqamətində sərhəd mühafizə, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

TodayPress TV



XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Bütün Xəbərlər