Ağstafa sakini bıçaqlandı

Ağstafa sakini bıçaqlandı
06.08.2025 22:20 Hadisə

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1992-ci il təvəllüdlü E.Əlizadə bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər