Ağdaşda ildırım vuran avtomobil yandı - VİDEO
Ağdaşda avtomobili ildırım vurub.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib.
Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı avtomobil ildırım vurması nəticəsində yanıb.
Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.