Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başladı
28.07.2026 16:48 Hadisə

Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər