Abşeronda "BMW" yanıb külə döndü - VİDEO

Abşeronda  "BMW" yanıb  külə döndü - VİDEO
25.07.2026 15:10 Hadisə

Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində "BMW" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər