64 kiloqramdan artıq narkotik vasitə aşkarladı

64 kiloqramdan artıq narkotik vasitə aşkarladı
31.03.2026 11:48 Hadisə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 30-da ümumi çəkisi 64,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 58,1 kiloqrama yaxın marixuana, 4,6 kiloqramdan çox həşiş, 1,1 kiloqrama yaxın tiryək, 400 qramdan çox heroin və metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər