4-cü mərtəbədən yıxılan qızın vəziyyəti AÇIQLANDI
29.07.2025-ci il tarixində saat 15:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Hər iki bazu və hər iki baldır sümüklərinin sınığı, qapalı kəllə-beyin travması diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Töhfə Səməd