23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR

23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR
27.07.2026 18:53 Hadisə

Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

TodayPress TV Report-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

O, 10 gün paytaxt xəstəxanalarından birində müalicə olsunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər