15 yaşlı qız bədbəxt hadisədən öldü
Şəmkir rayonunda bədbəxt hadisə nəticəsində yeniyetmə qız həyatını itirib.
TodayPress TV xəbər verir ki,hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü G. Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində idman aləti ilə oynayarkən ehtiyatsızlıqdan ip onun boynuna dolanaraq boğulmasına səbəb olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.