12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olundu

12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olundu
24.07.2025 16:10 Hadisə

Bu ilin ilk yarımilində xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-nə irad bildirilib.

7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər