Zelenskinin əsas rəqibləri məlum oldu
Dünya
11.02.2026 14:54
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnı, Kiyev meri Vitali Kliçko və keçmiş dövlət başçısı Petro Poroşenko Ukrayna prezident seçkilərində potensial namizədlər ola bilərlər.
TodayPress TV xəbər verir ki, bunu Politoloq Vladimir Jarixin "Lenta.ru"ya açıqlamasında bildirib.
Jarixinin sözlərinə görə, Zelenskinin əsas rəqibi Zalujnı olacaq, lakin digər namizədlər də iştirak edəcək. O, Kliçko və Poroşenkonu istisna etməyib.
“Kliçko Almaniyanın adamıdır. Lakin hazırkı geopolitik vəziyyət – Almaniyanın Böyük Britaniya və ABŞ ilə münasibətləri nəzərə alınmaqla – onun qalib gəlmək şansı azdır. Zalujnının şansı var, amma Zelenskidən aşağıdır”, – deyə Jarixin bildirib.
Ekspert əlavə edib ki, sorğularda Zelenski Zalujnıdan geri qalır, lakin nəticə seçkilərin şəffaflığı və saxtakarlığın miqyasından asılı olacaq.
Fevralın 11-də "Financial Times" qəzeti mənbələrə istinadən yazıb ki, Zelenski 24 fevralda prezident seçkiləri və Rusiya ilə sülh müqaviləsi üzrə referendum elan etməyi planlaşdırır.
Eyni zamanda, Zelenskinin ətrafı "Financial Times"ın seçkilərin tezliklə elan olunacağı ilə bağlı açıqlamalarını təkzib edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti beş illik hakimiyyətdən sonra 2024-cü ilin mayında başa çatıb. Bundan sonra konstitusiyaya əsasən yeni seçkilər keçirilməli idi, lakin hərbi vəziyyət səbəbindən baş tutmayıb.
Jalə Rövşən
tag: Vladimir Jarixin,Volodimir Zelenski,Seçki ,Rəqib ,Todaypress.tv,
