Zelenski Yunanıstana rəsmi səfər etdi
Dünya
16.11.2025 17:50
Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana rəsmi səfər edib.
TodayPress TV bu barədə " ERT NEWS"ə istinadən xəbər verir.
Qeyd olunur ki, Afina onun yeni Avropa turu çərçivəsində ilk dayanacaq olub. Ukrayna liderini hava limanında Yunanıstanın baş nazirinin müavini Kostis Hadzidakis qarşılayıb. Zelenski onunla qısa söhbət edib.
Səfərin əsas mövzuları LNG-nin (mayeləşdirilmiş təbii qaz) daşınması üçün şaquli dəhlizin yaradılması və Kiyevlə Afina arasında yeni enerji sazişinin hazırlanmasıdır. Sənədin Ukraynanın enerji təhlükəsizliyini gücləndirəcəyi gözlənilir.
Afina səfəri çərçivəsində Zelenski ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Əvvəlcə Prezident sarayında Respublika Prezidenti Konstantin Tasula ilə, daha sonra Baş nazir Kiriakos Mitsotakis ilə görüşəcək. Danışıqlardan sonra mətbuat üçün bəyanatlar və nümayəndə heyətlərinin genişləndirilmiş görüşü planlaşdırılır.
tag: Zelenski,Afina,Səfər,Ukrayna,Todaypress.tv,
