Zelenski yeni Baş prokuror təyin etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonun ölkənin Baş prokuroru təyin edilməsi barədə sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, məlumatı “Strana.ua” nəşri dövlət başçısının müvafiq sərəncamına istinadla yayıb.
Qeyd edək ki, Ruslan Kravçenko bundan əvvəl müxtəlif hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Onun yeni vəzifəyə təyin olunması ölkədə hüquq islahatları çərçivəsində atılan növbəti addım kimi qiymətləndirilir.
Qiymət Mahir