Zelenski: "Ukrayna Fransa ilə tarixi saziş hazırladı"

Zelenski: "Ukrayna Fransa ilə tarixi saziş hazırladı"
16.11.2025 17:13 Dünya

Ukrayna artıq müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi saziş hazırlayıb.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski səhər müraciətində bildirib.

Ukrayna lideri, həmçinin İspaniyaya planlaşdırılan səfərini də elan edib. Səfərin məqsədi hava hücumundan müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və Rusiyanın hücumlarından sonra Ukrayna qüvvələrinin bərpasıdır.

Zelenski qarşıdakı görüşün səmərəli olacağına ümid etdiyini bildirib, çünki İspaniya Ukraynaya yardım təşəbbüslərinə qoşulub. 

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər