Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə başlayıb.
TodayPress TV xəbər verir ki, Zelenski danışıqlara qara pencək və tünd rəngli şalvarda qatılıb. O, əvvəlki görüşlərdə olduğu kimi bu dəfə də qalstuk taxmayıb.
Görüşdə Ukraynadakı vəziyyət, ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Kübra Musayeva