Zelenski rusiyalı şəxslərə qarşı sanksiya tətbiq etdi
Dünya
04.01.2026 15:09
Ukrayna Prezidenti Volodimir Zelenski əksəriyyəti Rusiya vətəndaşları və rezidentləri olan 95 fiziki, 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkət və rəhbərlərinə, xüsusilə rabitə, radioelektron mübarizə, mikroelektronika, eləcə də kimya, metallurgiya, mədənçıxarma və yanacaq-energetika sənayesi sahələrində fəaliyyət göstərən qurumlara şamil olunur.
"Bu sanksiyaların məqsədi Rusiyanın hərbi sənaye kompleksinin fəaliyyətini çətinləşdirmək və Ukraynaya qarşı müharibə üçün silah istehsalını məhdudlaşdırmaqdır", – məlumatda deyilir.
Ukrayna, eyni zamanda, tərəfdaşları ilə məhdudiyyətlərin sinxronlaşdırılması üzərində işləyir. Bu məhdudiyyətlərin bir hissəsi Avropa İttifaqının 20-ci sanksiyalar paketinə daxil edilə bilər.
Jalə Rövşən
tag: Ukrayna ,Volodimir Zelenski ,Rusiya ,Sanksiya ,Todaypress.tv,
