Zelenski: "Putinlə istənilən formatda görüşməyə hazıram"

Dünya

30.12.2025 23:44

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, Zelenski bu dialoqun mümkünlüyünün hazırda prinsipial məsələ olaraq qaldığını vurğulayıb və münaqişənin həlli üçün birbaşa təmasların əhəmiyyətini qeyd edib.

Ukrayna lideri eyni zamanda ABŞ prezidenti Donald Trampla Ukraynanın bərpası mövzusunda müzakirələr apardığını açıqlayıb. Onun sözlərinə görə, Tramp Ukraynada orta əməkhaqqını üç dəfə artırmaq niyyətindədir və buna ABŞ biznesinin Ukrayna bazarına geniş şəkildə daxil olması hesabına nail olunacağı gözlənilir.

Zelenski bildirib ki, Trampın Polşada dayanmaq əvəzinə birbaşa Ukraynaya səfər etməsi atəşkəsə nail olmaq baxımından daha real perspektiv yarada bilər.

"Bu addım münaqişənin dayandırılması ilə bağlı ümidlərimizi ciddi şəkildə artıra bilər”, — deyə Ukrayna Prezidenti vurğulayıb.

tag: Zelenski, Putin,ABŞ,Tramp, Ukrayna,todaypress.tv,