Zelenski onların vəzifəsini dəyişmək istəyir

Zelenski onların vəzifəsini dəyişmək istəyir
31.05.2026 23:40 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə rəhbərliyində ciddi kadr islahatlarına hazırlaşır.

TodayPress TV  xəbər verir ki, bu barədə Rusiyanın “RIA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət başçısının Prezident Ofisinin rəhbəri Kirill Budanovu Silahlı Qüvvələrin Baş komandanı təyin etmək, energetika naziri Denis Şmıqalı isə yenidən Baş nazir postuna qaytarmaq niyyətində olduğu iddia edilir.

Qeyd olunub ki, Zelenski dar çərçivədə keçirilən iclasda kadr dəyişikliklərini ABŞ Konqresinə keçiriləcək seçkilərə yaxın reallaşdıracağını bəyan edib. İddia olunur ki, bu qərarlar ABŞ hərbi-sənaye kompleksinin əsas lobbiçilərindən sayılan Demokratlar Partiyasının senatoru Riçard Blyumentalın Kiyevə səfəri ilə eyni vaxtda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər