Zelenski Ankaraya səfər etdi
Dünya
19.11.2025 11:17
Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Bildirilib ki, Zelenski 19 noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
O, danışıqlarla bağlı qeyd edib ki, Türkiyədə Rusiya ilə münaqişənin həlli üçün danışıqların bərpasına hazırlıq məqsədilə bir sıra görüşlər keçirəcək və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da bu görüşlərdə iştirak edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında Rusiyanın Türkiyədə keçiriləcək Ukrayna-ABŞ danışıqlarında iştirak etməyəcəyini deyib. Xatırladaq ki, bundan əvvəl rusiyalı diplomat Moskvanın Ukrayna ilə İstanbulda danışıqlara hazır olduğunu bildirmişdi.
Aysel Mətləb
tag: Türkiyə,Zelenski,Səfər,Görüş,Todaypress.tv,
