Zelenski ABŞ-dan nə istəyir? - Rutte ilə hər şeyi danışdı

Zelenski ABŞ-dan nə istəyir? - Rutte ilə hər şeyi danışdı
04.09.2026 21:16 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə görüşərək Rusiyanın zərbələri, Ukraynanın müdafiə ehtiyacları və ABŞ nümayəndələri ilə keçiriləcək görüşlərə hazırlıq məsələlərini müzakirə edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Zelenski bildirib ki, o və Rutte diplomatik prosesdə irəliləyişə ehtiyac olduğunu eyni cür qiymətləndirirlər. Onun sözlərinə görə, yaxın günlərdə keçiriləcək görüşlər faydalı ola bilər.

Ukrayna lideri həmçinin müdafiə sahəsində maliyyə çatışmazlığının aradan qaldırılması istiqamətində tərəfdaşların dəstəyinə görə təşəkkür edib.

Rutte isə PURL proqramının maliyyələşdirilməsi və Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün zəruri raketlərlə təmin olunması ilə bağlı apardığı təmaslar barədə Zelenskini məlumatlandırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər