Yunanıstan Türkiyə ilə mübahisələrin sülh yolu ilə həllini təklif edir
Dünya
12.02.2026 01:30
“Türkiyə və Yunanıstan Egey dənizinin kontinental şelfi və eksklüziv iqtisadi zonalar da daxil olmaqla mübahisəli məsələləri sakit şəkildə müzakirə etməli, zəruri hallarda beynəlxalq hüquqa əsaslanmalıdırlar”.
TodayPress TV xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
O qeyd edib ki, hər məsələdə həmişə razılığa gələ bilməsələr belə, Egey dənizindəki kontinental şelf və eksklüziv iqtisadi zonalar məsələsi kimi spesifik məsələlər də mövcuddur.
Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında qeyd edib ki, bu məsələlərlə bağlı beynəlxalq məhkəmə orqanına müraciət etmək lazım gələ bilər. Əgər belədirsə, beynəlxalq hüquq çərçivəsində həll yolu tapıla bilər.
Aysel Mətləb
tag: Türkiyə,Yunanıstan,Danışıqlar,Egey,Todaypress.tv,
