Yermakın yerinə 6 namizəd var – ADLAR
Dünya
01.12.2025 11:18
Ukrayna Prezidenti Volodimir Zelenski hələlik Administrasiya rəhbəri vəzifəsinə namizəd seçməyib. Bu vəzifəyə bir neçə şəxsin namizədliyi nəzərdən keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Bildirilib ki, ən çox müzakirə edilən dörd namizəd arasında müdafiə naziri Denis Şmıxal, baş nazirin birinci müavini Mixailo Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa var.
Başqa bir mənbəyə görə, siyahı yuxarıda qeyd olunan dörd namizədlə məhdudlaşmır, daha iki rəqib var.
Xatırladaq ki, noyabrın 28-i Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermakın evində axtarış aparılıb.
Axtarışlardan sonra elə həmin gün Ukrayna prezidenti Volodimir Zelenski Yermakın istefa verdiyini açıqlayıb Qısa müddətdən sonra o, onun işdən çıxarılması haqqında fərman imzalayıb.
Aysel Mətləb
tag: Ukrayna,Zelenski,Yermak,Namizəd,Todaypress.tv,
