Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir

Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir
15.07.2026 16:00 Dünya

Qazaxıstan Milli Bankı yeni əskinasların dövriyyəyə buraxılmazdan əvvəl bir sıra keyfiyyət sınaqlarından keçirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, sınaqlardan biri əskinasların adi paltaryuyan maşında yuyulmasını nəzərdə tutur.

Milli Bankın yaydığı məlumata görə, testlər əskinasların gündəlik istifadə zamanı qarşılaşa biləcəyi şəraiti simulyasiya etmək məqsədi daşıyır. Bu zaman pullar yuyucu vasitələrlə birlikdə suya salınır, mexaniki təsirlərə və temperatur dəyişikliklərinə məruz qoyulur.

Bundan əlavə, mütəxəssislər əskinasların təkrar əyilmə, aşınma və digər fiziki təsirlərə davamlılığını da yoxlayırlar. Bunun üçün çirklənməni təqlid edən xüsusi maddələrdən və uzunmüddətli dövriyyəni simulyasiya edən avadanlıqlardan istifadə olunur.

Qazaxıstan Milli Bankı bildirib ki, bu sınaqlar əskinasların keyfiyyətini artırmağa, onların görünüşünü, təhlükəsizlik elementlərini və istismar xüsusiyyətlərini uzun müddət qoruyub saxlamasına kömək edir.

Hazırda Qazaxıstanda 500, 1000, 2000, 5000, 10000 və 20000 təngə nominallı əskinaslar dövriyyədədir və onlar Almatıdakı əskinas fabrikində istehsal olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər