Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb ki, Baş komandan Mixail Drapatının adından X sosial şəbəkəsində yayılan və Ukrayna ordusunda guya genişmiqyaslı auditin başladığını iddia edən paylaşım həqiqəti əks etdirmir.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, paylaşımın yayımlandığı X hesabı Mixail Drapatıya məxsus deyil. Baş Qərargah vətəndaşları yalnız onun rəsmi sosial media hesablarında yayılan məlumatlara etibar etməyə çağırıb.