Yaponiya sahillərində 5,2 maqnitudalı zəlzələ oldu
Yaponiyanın Honşu adasında 5,2 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağın dərinliyi 33 km olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Aynur TAC