Yaponiya Rusiya ilə dialoqun qorunmasının tərəfdarıdır
Dünya
12.11.2025 12:00
Yaponiya hökuməti Rusiyanın 30 yapon vətəndaşına ölkəyə giriş qadağası tətbiq etməsindən təəssüfləndiyini bildirib
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kixara mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Rusiya və Yaponiya arasında münasibətlərin gərgin olmasına baxmayaraq, Tokio müxtəlif kanallar üzrə Moskva ilə qarşılıqlı əlaqələrin saxlanmasını vacib hesab edir.
Xatırladaq ki, sentyabr ayında Yaponiya hökuməti 48 rus şirkətinə və 14 vətəndaşa qarşı sanksiyaları genişləndirmişdi.
Buna cavab olaraq Moskva 30 yapon vətəndaşının, o cümlədən Yaponiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Toşihiro Kitamura və 17 media əməkdaşının ölkəyə girişini qadağan edib. Rusiya bildirib ki, dialoqun bərpası yalnız Yaponiyanın anti-rus siyasətindən imtinasından sonra mümkün olacaq.
Aysel Mətləb
tag: Yaponiya,Rusiya,Münasibət,Vətəndaş,Todaypress.tv,
