Xərçəng olan Bayden ilk dəfə ictimaiyyət qarşısında göründü

Xərçəng olan Bayden ilk dəfə ictimaiyyət qarşısında göründü
25.05.2025 12:00 Dünya

ABŞ-nin sabiq prezidenti Cozef Bayden prostat vəzi xərçəngi aşkarlandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb.

TodayPress TV xəbər verir ki, bu barədə "People" nəşri məlumat verib.

Cozef Bayden Konnektikut ştatının Solsberi şəhərində nəvəsi Robert Hanterin məktəb məzuniyyət mərasimində iştirak edib. Tədbirdən bir fotonu sabiq prezidentin həyat yoldaşı Cill Bayden öz sosial şəbəkəsində paylaşıb.

"Fəxr edən nənə və baba! Təbrik edirik, Hanter – səninlə çox qürur duyuruq" deyə o, şəkli şərh edib.

Qeyd edək ki, Robert Hanter, Co Baydenin böyük oğlu Bo Baydenin övladıdır. Delaver ştatının baş prokuroru olan Bo Bayden, 2015-ci ildə 46 yaşında vəfat edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər