Xameneinin dəfn edildiyi Məşhəddə insident - Ölən və yaralananlar var

Xameneinin dəfn edildiyi Məşhəddə insident - Ölən və yaralananlar var
10.07.2026 08:29 Dünya

İranın Məşhəd şəhərində silahlı hücum baş verib.

TodayPress TV xəbər verir ki, məlumata görə, azı üç silahlı şəxs şəhərin Sərəfrazan bulvarı ərazisində yerləşən təhlükəsizlik məntəqəsinə atəş açıb.

Hücum zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic" qüvvələrinin üzvlərinin hədəf alındığı bildirilir.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər ölüb, azı beş nəfər yaralanıb. Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı qeyd olunur.

Xorasan-Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirullah Şamqədri Məşhədin Sərəfrazan bulvarında atışma baş verdiyini və iki nəfərin öldüyünü təsdiqləyib. O, hadisənin səbəblərinin və ölənlərin kimliyinin hələ müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Sərəfrazan bulvarı Məşhədin qərbində yerləşir və  mərhum Ali Lider Əli Xameneinin dəfn edildiyi İmam Rza ziyarətgahından təxminən 17 kilometr uzaqlıqda yerləşir.

Hadisəyə görə hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Faktla bağlı araşdırmalar davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər