Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 55-ə çatdı

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 55-ə çatdı
22.11.2025 12:15 Dünya

Vyetnamın mərkəzində güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 55-ə çatıb, daha 13 nəfər itkin düşmüş hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyi məlumat yayıb.

Daklak əyalətində 27 nəfər, Khanhoa əyalətində isə 14 nəfər ölüb.

Hökumətin qiymətləndirməsinə görə, daşqından dəyən zərər təxminən 8.98 trilyon donq (341 milyon dollar) təşkil edib.

Agentliyin məlumatına görə, 235 000-dən çox ev su altında qalıb, təxminən 80 000 hektar əkin sahəsinə ziyan dəyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər