Vyetnama iqlim adaptasiyası üçün 92 milyard dollar lazımdır
Vyetnam 2021–2030-cu illərdə iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini tam həyata keçirmək üçün 55 milyard – 92 milyard ABŞ dolları arası vəsaitə ehtiyac duyur.
TodayPress TV xəbər verir ki, bu rəqəm ölkənin 2020-ci il ÜDM-nin 3–5 faizinə bərabərdir.
Məlumat Vyetnamın 2050-yə qədər baxışla yenilənmiş milli iqlim adaptasiya planında yer alıb.
Hesabata görə, dövlət büdcəsi bu ehtiyacın yalnız kiçik hissəsini qarşılaya bilər. Qalan hissə üçün isə hər il büdcədənkənar mənbələrdən 2,7 milyard – 6 milyard dollardan çox vəsait cəlb olunacağı gözlənilir.
Qiymət Mahir