Vyetnam 12 ölkənin vətəndaşlarına vizasız giriş imkanı verəcək
Vyetnam hökuməti turizmi təşviq etmək məqsədilə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan, Lüksemburq, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçrə vətəndaşlarına vizasız giriş imkanı təqdim edəcək.
TodayPress TV xəbər verir ki, qərar pasportun növündən asılı olmayaraq, yalnız turizm məqsədilə səfər edənlərə şamil olunur və 15 avqust 2025-ci ildən 14 avqust 2028-ci ilədək qüvvədə olacaq.
Rəsmi statistikaya görə, Vyetnam 2025-ci ilin ilk yeddi ayında 12,23 milyon beynəlxalq turist qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% artım deməkdir.
Türkan İsgəndərli