Voronin: “Moldovada seçkilərdən sonra etirazlar qaçılmazdır”

Voronin: “Moldovada seçkilərdən sonra etirazlar qaçılmazdır”
17.09.2025 11:41 Dünya

Moldovanın sabiq prezidenti və Kommunistlər Partiyasının sədri Vladimir Voronin parlament seçkilərindən sonra ölkədə kütləvi etirazların başlaya biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, “RİA”ya müsahibəsində xalqın yoxsulluq, işsizlik və perspektivsizlikdən təngə gəldiyini vurğulayıb: 

“İnsanlar sadəcə nümayişlərə yox, daha sərt etirazlara da çıxa bilərlər. Bu aksiyaların miqyasını təsəvvür edə bilmərik”.

Voronin etirazların dərhal 29 sentyabrda başlamasını gözləmədiyini, müxalifətin əvvəlcə müşahidəçi protokollarını yoxlayacağını və nəticələri analiz edəcəyini qeyd edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər