Venesuela müxalifəti hakimiyyəti ələ keçirmək niyyətindədir

Dünya

04.01.2026 13:15

2024-cü il seçkilərində məğlub olan Venesuela müxalifəti hakimiyyəti ələ keçirmək, nizam-intizamı bərpa etmək, siyasi məhbusları azad etmək və yeni bir ölkə qurmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Venesuela müxalifət lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Maçado sosial şəbəkə "X"də paylaşdığı məktubda bildirib.

Maçado ABŞ-nin zərbələrindən sonra Venesuelada xalqın və milli suverenliyin bərqərar edilməsi vaxtının çatdığını vurğulayıb. O qeyd edib ki, müxalifət qüvvələri illərlə mübarizə aparıb.

Müxalifət liderinin fikrincə, 28 iyul 2024-cü ildə keçirilmiş seçkilərdə “demokratiyaya səs verən” vətəndaşların iradəsi indi həyata keçirilməlidir. Maçado Maduronun məğlub namizədi Edmundo Qonsales Urrutiyanın dərhal konstitusion səlahiyyətlərini icra etməli və Milli Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi tanınmalı olduğunu bildirib.

“Bu gün biz mandatımızı yerinə yetirməyə və hakimiyyəti öz əlimizə almağa hazırıq. Demokratik keçid əldə olunana qədər ayıq, fəal və mütəşəkkil qalmalıyıq”, – deyə Maçado vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Venesuela,Hakimiyyət,Müxalifət,Prezident,Todaypress.tv,