Veber: "ABŞ artıq Avropanı qorumaq niyyətində deyil"

Veber: "ABŞ artıq Avropanı qorumaq niyyətində deyil"
30.06.2025 02:00 Dünya

Avropa Xalq Partiyasının (AHP) sədri Manfred Veber bəyanatında bildirib ki, Avropanın ABŞ tərəfindən müdafiə olunduğu dövr geridə qalıb.

TodayPress TV xəbər verir ki, onun fikirlərini "TASS" yayıb.

Veberin sözlərinə görə, Avropa artıq öz təhlükəsizlik sistemini qurmalıdır. O, 450 milyon avropalının müdafiəsinin 350 milyon amerikalının üzərinə buraxılmasının daha davam edə bilməyəcəyini bildirib.

Veber Avropa ölkələrinin birgə müdafiə ittifaqı qurmasını, yüksək texnologiyalı silahların hazırlanmasına sərmayə qoymasını, ortaq raketdən müdafiə sistemi, kiberhücum briqadaları və hava nəzarəti strukturları formalaşdırmağı təklif edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər