Vaşinqton Ukraynaya silah tədarükünü dayandırdı

Vaşinqton Ukraynaya silah tədarükünü dayandırdı
07.07.2025 09:49 Dünya

ABŞ administrasiyası silah ehtiyatlarının tükənməsi səbəbilə Ukraynaya silah tədarükünü dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The National Interest” (NI) nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, bu qərar prezident Donald Trampın “Əvvəlcə Amerika” şüarı ilə müəyyən etdiyi prioritetlərə uyğun olaraq, Cozef Bayden dövrünün proksi müharibə siyasətindən uzaqlaşmanı əks etdirə bilər.

Materialda qeyd edilir ki, ABŞ-nin milli silah ehtiyatında yaranan çatışmazlıq artıq açıq şəkildə hiss olunur. Bu durumun formalaşmasında İsraillə İran arasında baş verən son hərbi toqquşma da mühüm rol oynayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya “çox yardım etdiklərini” bəyan etmişdi. O, bu fikri jurnalistlərin “Nə üçün ABŞ Ukraynaya da İsrailə olduğu qədər yardım etmir?” sualına cavab olaraq bildirmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər