Ukraynanın gəmiləri vuruldu - Rusiyadan ağır zərbə
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı limanlara endirilən zərbələrin nəticələri barədə məlumat yayıb.
TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına əsasən, Nikolayev limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklər daşıdığı iddia edilən yük gəmisi və Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus CV-90 sürətli desant kateri vurulub.
Bildirilib ki, Çernomorsk limanında hərbi yüklərin saxlanılması üçün istifadə olunan liman infrastrukturuna da zərbələr endirilib.
Nazirliyin açıqlamasına görə, həmçinin Çernomorsk və Odessa limanlarına hərbi yüklər daşıdığı iddia edilən bir balker tipli gəmi, üç yük gəmisi və Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus daha bir CV-90 sürətli desant kateri də vurulub.