Ukraynanın energetika naziri istefa verdi

Dünya

12.11.2025 20:00

Ukraynanın energetika naziri Svetlana Qrinçuk istefa verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yazıb.

"İstefa ərizəsi yazdım. Vəzifə mənim üçün heç vaxt məqsəd olmayıb. Prezident Volodimir Zelenskiyə, Ukrayna Nazirlər Kabinetinə və xalq deputatlarına dövlətin rifahı naminə çalışmağa imkan verdikləri üçün minnətdaram. Son 10 ildə dövlət qulluğunda müxtəlif vəzifələrdə, baş mütəxəssis vəzifəsindən başlayaraq bu işi görmüşəm", - deyə Qrinçuk yazıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Yuliya Sviridenkoya bildirmişdi ki, energetika naziri Svetlana Qrinçuk və ədliyyə naziri German Qaluşenko istefa verməlidirlər.

Bundan əvvəl Nazirlər Kabineti ədliyyə naziri German Qaluşenkonu vəzifələrinin icrasından uzaqlaşdırıb.

TodayPress TV

tag: Ukrayna, Zelenski, Energetika, Nazir, Istefa, todaypress.tv,