Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı AÇIQLANDI

Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı AÇIQLANDI
07.07.2025 12:19 Dünya

Almaniyanın “Bild” nəşri Ukraynanın Almaniyadan almaq istədiyi silah və hərbi texnika ilə bağlı “gizli siyahını” yayımlayıb. Nəşrin yazdığına görə, bu siyahı Kiyevin konkret ehtiyaclarını əks etdirir və söhbət milyardlarla avro dəyərində yardım tələbindən gedir.

TodayPress TV xəbər verir ki, Ukraynanın sorğusunda hava hücumundan müdafiə sistemləri, zirehli nəqliyyat vasitələri və radioelektron mübarizə vasitələri yer alır.

“Bild” qeyd edir ki, Almaniyada koalisiya hökuməti formalaşdıqdan sonra Berlində Ukrayna Silahlı Qüvvələrinə yeni silah tədarükünə dair məlumatların ictimaiyyətə açıqlanması praktikasına son verilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər