Ukraynada müsəlmanların azlığı onu belə sevindirdi - Qalmaqallı çıxış

Ukraynada müsəlmanların azlığı onu belə sevindirdi - Qalmaqallı çıxış
26.07.2026 00:39 Dünya

ABŞ-li bloger və Prezident Donald Trampın tərəfdarı Laura Lumer Ukraynada müsəlmanların azlığı ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, Lumer bu açıqlamaları Ukrayna Prezidenti Volodimir Zelenski ilə müsahibəsi zamanı səsləndirib.

O bildirib ki, Ukraynada “bir dənə də olsun müsəlman görmədiyini” və bunu “təravətləndirici” hesab etdiyini deyib. Lumer, həmçinin Ukraynada müsəlmanların Avropanın digər ölkələrində olduğu kimi ictimai məkanlarda üstünlük təşkil etmədiyini iddia edib.

Bloger əlavə edib ki, Rusiya və ABŞ haqqında eyni fikri söyləyə bilməyəcəyini bildirərək, ABŞ-də müsəlmanların ölkənin siyasi institutlarına daxil olmasını tənqid edib.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər