Ukraynada kimyəvi təhlükə elan edildi
Ukraynanın Dnepropetrovsk şəhərində kimyəvi təhlükə ilə bağlı xəbərdarlıq edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Dnepr Operativnıy” məlumat yayıb.
Xilasedicilər insanlara pəncərələri bağlamağı tövsiyə ediblər. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, əhalinin təhlükəsizliyi üçün tədbirlər görülüb.
Qeyd edək ki, Rusiya ordusu Dnepropetrovskda bir müəssisəyə pilotsuz təyyarə ilə zərbə endirib.
Türkan İsgəndərli